02 İyul 2025

DSX generalından Qazaxın 7 kəndi ilə bağlı açıqlama


“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir”.

Media1.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Nigar HƏSƏNLİ