19 Sentyabr 2024

Dmitri Roqozin Ukraynada yaralanıb

Donetskdə otelin atəşə tutulması zamanı “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin kürəyindən yaralanıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, “Roskosmos”un keçmiş rəhbəri xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Məlum olub ki, hadisə Roqozin hotelin birinci mərtəbəsində yerləşən restoranda doğum gününü qeyd edərkən baş verib. Ukrayna ordusu tərəfindən həmin məkan 155 mm-lik silahla atəşə tutulub.

***

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin Donetskdə yaralanıb. Roqozin Donetskdə otelin atəşə tutulması zamanı yaralanıb. Onun həyatı üçün heç bir təhlükə olmadığı və onu müşayiət edən şəxslərin də yaralandığı bildirilib.

Qeyd edək ki, Dmitri Roqozin Rusiyanın NATO-dakı daimi nümayəndəsi, Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökümətlərarası komissiyanın həmsədri, daha sonra isə “Roskosmos” dövlət korporasiyasının rəhbəri vəzifələrində çalışıb.