DİQQƏT! Polis bu qızı axtarır
![](https://media1.az/wp-content/uploads/2022/10/65166cffeadbef27c668b2e7bcdb1c54.jpeg)
Masallıda 17 yaşlı qız gözəllik salonundan çıxaraq itkin düşüb.
Media1.az Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də rayon ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hacıyeva Yeganə Ramin qızı işlədiyi gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.