08 Sentyabr 2024

DÇ-2022: Rusiya yığması növbəti qələbəsini qazandı

Futbol üzrə 2022-ci dünya çempionatının təsnifat mərhələsində II tura start verilib.

“Report”un məlumatına görə, günün ilk iki matçında qarşılıqlı qollar qeydə alınıb.

H qrupunda Rusiya Sloveniyanı qəbul edib. Qarşılaşma şimal qonşumuzun 2:1 hesablı qələbəsi ilə bitib.

Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib. Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb. Meydan sahibləri qələbə sayəsində 6-cı xalını qazanıb. Sloveniyanın isə 3 xalı var.

G qrupunda isə Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb – 4:1. Meydan sahibləri 6-cı xalını qazanıbsa, qonaqların xalı yoxdur.

G qrupu
18:00. Monteneqro – Cəbəllütariq – 4:1

Qollar: Fatos Baçiraj, 26. Marko Simiç. Zarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 – Ris Stayç, 30 (p)

H qrupu
18:00. Rusiya – Sloveniya – 2:1

Qollar: Artyom Dzyuba, 26, 35 – Yosip İliçiç, 36