Daxili işlər nazirinə yeni müavin TƏYİN OLUNDU

Daxili işlər nazirinə yeni müavin təyin olunub.
Media1.az xəbər verir ki, nazir müavini, polis general-leytenantı Oruc Zalovun yerinə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin olunub.
Qeyd edək ki, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.