Çinin yüksək səviyyəli hərbi rəsmiləri amerikalıların zənglərinə məhəl qoymur – Gərginlik artır

Çinin yüksək səviyyəli hərbi rəsmiləri Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar iki ölkə arasında münasibətlərdə yaranan böhranın fonunda amerikalı həmkarlarının çoxsaylı çağırışlarına məhəl qoymurlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Hazırda Çin ABŞ müdafiə naziri Lloyd Austin və Birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Millinin dəfələrlə zəng və xəbərdarlıqlarına rəğmən Tayvan ətrafında misli görünməmiş hərbi təlimlərdə raket atmağa, döyüş gəmiləri və təyyarələrini yerləşdirməyə davam edir..
Yazıda ABŞ-ın hərbi komandanlığının Çin tərəfindən münaqişəyə çevrilə biləcək hər hansı addım və səhv hesablamaların qarşısını almaq üçün hətta birbaşa ünsiyyət xətlərini saxlamağa çalışdığı qeyd olunur.
Qeyd edək ki, general Mark Millinin çinli həmkarı, Birləşmiş Qərargah rəisi general Li Tzoçenlə son söhbəti iyulun 7-də baş tutub. Şifrələnmiş video konfrans zamanı onlar açıq kommunikasiya xətlərinin saxlanması və risklərin azaldılmasını müzakirə etmişdilər. Müdafiə naziri Lloyd Ostin isə sonuncu dəfə Çinin müdafiə naziri general Vey Fenhe ilə bu ilin iyun ayında, Sinqapurdakı Şanqri-La dialoqu çərçivəsində şəxsən görüşüb.
Media1.az