22 Dekabr 2024

Çin dünyada ilk ekoloji təmiz sərnişin qatarını istifadəyə verib

Çin dünyada ilk ekoloji təmiz sərnişin qatarını istifadəyə verib.

“Report” “Fuel Cells Works”ə istinadən xəbər verir ki, qatar Sinjindəki Çenqdu istehsalat bazasında konveyerdən çıxıb.

Maksimum sürəti 160 km/saat olan dörd sürətli vaqondan ibarət və quraşdırılmış hidrogen enerji sisteminə malik qatar bir dəfəyə 600 kilometr yol qət edə bilir.

Yeni qatar müxtəlif “smart” monitorinq sistemləri və sensorlar, eləcə də yüksək sürətli 5G bağlantısı ilə təchiz edilib. Süni intellektin nəzarəti altında olan vahid sistem təhlükəsizliyi təmin etmək üçün marşrutlar üzrə bütün qatarların iş vəziyyətini qiymətləndirərək, böyük həcmdə məlumatları təhlil edəcək.