08 Sentyabr 2024

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”.

Media1.az-ın xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “Tvitter”-də paylaşım edib.

“Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik!”, – deyə XİN başçısı bildirib.