23 Dekabr 2024

Çexiya Gənclər Assosiasiyasının rəhbəri Zəngəzur dəhlizinin açılacağını Gəncədən bəyan etdi

“Rupor” xəbər verir ki, bu ifadələri Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gəncədə keçirilən  “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfransda Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka çıxışında deyib. 

Xatırladaq ki, bu gün yerli və xarici QHT nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində beynəlxalq konfrans keçirilib. İştirakçılar konfransdan öncə 2020-ci ilin 4,8,11,17 oktyabr tarixlərində Ermənistanın müharibə ərazisi olmayan Gəncəyə atdığı raketlər nəticəsində qətlə yetirilən günahsız azərbaycanlıların qətliama məruz qaldıqları ərazini ziyarət ediblər.