23 Dekabr 2024

Çempionlar Turu: Məmmədyarov və Rəcəbov növbəti oyunlarına başladılar

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ikinci oyun gününə start verilib.

“Report”un məlumatına görə, “Magnus Carlsen Invitational” adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov bu gün daha 5 görüş keçirəcəklər.

Məmmədyarov VI turda ağ fiqurlarla, FIDE bayrağı altında çıxış edən Alireza Firuzcanı sınağa çəkəcək. VII turda o, qara fiqurlarla Maqnus Karlsenə rəqib olacaq. VIII turda ağ fiqurlarla ispaniyalı David Antonla görüşəcək 36 yaşlı qrossmeyster IX turda isveçli Nils Qrandeliusla, X turda isə Niderland təmsilçisi Aniş Giri ilə “qaralar”la üz-üzə gələcək.

Teymur Rəcəbov VI turda “ağlar”la ABŞ-dan olan Hikaru Nakamuraya rəqib olacaq. 34 yaşlı qrossmeyster VII turda “qaralar”la niderlandlı Yorden van Forestlə, VIII turda “ağlar”la fransalı Maksim Vaşye-Laqravla görüşəcək. IX turda o, yenə “qaralar”la FIDE təmsilçisi Alireza Firuzca ilə, X turda isə “ağlar”la norveçli Maqnus Karlsenlə qarşılaşacaq.