23 Dekabr 2024

Çempionlar Liqasında son püşk atılıb

Almaniya “Bavariya”sına finalçı Fransa PSJ-si rəqib olub

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib. AYNA-nın “Report”a istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 finalın cütləri bəlli olub.

Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.

Nəticədə ötən mövsümün qalibi Almaniya “Bavariya”sına finalçı Fransa PSJ-si rəqib olub.

Püşkatmanın nəticələri:

1/4 final

“Mançester Siti” (İngilərə) – “Borussiya” (Dortmund, Almaniya)

“Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə)

“Bavariya” (Almaniya) – PSJ (Fransa)

“Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə)

Yarımfinal

1. “Bavariya” (Almaniya) / PSJ (Fransa) cütünün qalibi – “Mançester Siti” (İngilərə) – “Borussiya” (Dortmund, Almaniya)

2. “Real Madrid” (İspaniya) / “Liverpul” (İngiltərə) cütünün qalibi – “Portu” (Portuqaliya) / “Çelsi” (İngiltərə) cütünün qalibi

Final

1 cütünün qalibi – 2 cütünün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 – 7 apreldə, cavab qarşılaşmaları isə 13 – 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 – 28 apreldə, cavab qarşılaşmaları 4 – 5 mayda olacaq.