23 Dekabr 2024

“Çelsi” məşqçi dəyişikliyindən sonra ilk qələbəsini qazandı

“Çelsi” İngiltərə Premyer Liqasının 21-ci turunun matçında öz meydanında “Bernli”ni qəbul edib.

“Report” xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qol birinci hissədə vurulub. Meydan sahiblərinin heyətində Sesar Aspilikueta fərqlənib.

Bu, alman mütəxəssis Tomas Tuxelin “Çelsi”nin baş məşqçisi olmasından sonra komandanın ilk qələbəsi olub.

Komanda 33 xal toplayaraq çempionatın turnir cədvəlində yeddinci yer tutur. Aktivində 22 xalı olan “Bernli” 15-ci yerdə qərarlaşıb.

“Çelsi” növbəti turda fevralın 4-də səfərdə “Tottenhem”lə qarşılaşacaq. “Bernli” bir gün əvvəl öz meydanında “Mançester Siti”ni qəbul edəcək.