22 Dekabr 2024

Cəbrayıl uzun illərdən sonra qəhrəman ordumuzun rəşadətli döyüşləri sayəsində azad olundu.

İndi Qarabağın hər yerində şəhid qanına boyanan  güllər , çiçəklər görünür , sanki. Torpaq uğrunda qəhrəman oğullarımızdan kimisi canından keçib, şəhid , kimisi də qanın töküb, ayağından,əlindən, gözündən keçib qazi oldu. Əlbəttə ki, döyüşə atılan cəngavər oğullarımız nə canların düşünür, nə də döyüşdə sağ qalmağı. Döyüşə girən əsgərimiz düşməndən qisas almağı, torpağımızı azad etməyi özünün ən müqəddəs vəzifəsi sayırdı. 2020-ci ilin 27 sentyabrında vətən uğrunda başlayan ölüm-dirim savaşına atılan əsgərlərimiz düşmənin üzərində elə ilk həmlədəncə qələbələr qazanmağa başlamışdılar. Qarabağın rayonları birbirinin ardınca işğaldan azad edilirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu- xalq birliyi sayəsində düşmən torpaqlarımızdan qovulurdu.

O günlərdə Cəbrayıl rayonu da düşmən işğalından azad edilirdi. 1993-cü ilin 23 avqustunda işğala məruz qalan Cəbrayılın taleyi indi üzünə gülürdü. Uzun illərdən sonra övladları onu erməni vəhşilərinin əsirliyindən azad etməyə gəlirdilər. Ölümdən keçib, ölümsüzlüyə qovuşaraq gəlirdilər.

  2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.

Aytən Məmmədli- YAP Ağstafa RT-nın məsləhətçisi