Çavuşoğlu Lavrovla danışıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
Media1.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Nazirlər xarici işlər nazirlikləri arasında 2023-cü il üçün əməkdaşlıq planlarını, o cümlədən Suriya probleminin nizamlanması ilə bağlı addımların gələcək koordinasiyasını müzakirə ediblər.