BUTA körpələr evi-uşaq bağçasının məzunu Avropa Çempionu oldu

Buta körpələr evi-uşaq bağçasında təlim-tərbiyə almış uşaqların fəaliyyəti təhsilin sonrakı mərhələlərində də izlənilir. Qazanılan uğurların sevincinə BUTA-çılar da şərik olurlar.
Bu gün, yəni noyabrın 12-də Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən görüşdə ölkəmizi təmsil edən Buta körpələr evi – uşaq bağçasının məzunu Mustafayev Elnur Yelmar oğlu serbiyalı rəqibinə qalib gələrək birinci yerə sahiblik edib.
2 Qat WAKO Avropa çempionu Elnur balamızı ürəkdən təbrik edir, ona sağlamlıq və 3 rəngli əzəmətli bayrağımızı daim yüksəklərə qaldırmağı diləyirik.
Media1.az-da təbriklərə qoşulur, davamlı olaraq uğurlar arzulayırıq.