Bu ölkə İrandakı səfirlik və konsulluğunu BAĞLAYIR
Niderland Tehrandakı səfirliyini və Ərbildəki konsulluğunu bağlamaq qərarına gəlib.
Media1.az xəbər verir ki, bu barədə İran teleqram kanalları məlumat yayıb.
Məlumata görə, İranla İsrail arasında gərginliyin artması və İranın İsrailə təhdid bəyanatları fonunda Niderland XİN Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılmasına qərar verib.
Qeyd olunub ki, Niderlandın Ərbildəki konsulluğu da təhlükəsizlik səbəbi ilə sabahdan bağlanacaq.