22 Dekabr 2024

Bu gün Türkiyə-Azərbaycan birliyi qardaşlığın bariz nümunəsidir.

20 oktyabr 2022-ci il tarixində Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyənatında çox mühüm mesajlar vermişdir. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və zəmanəmizin tələbidir deyə cənəb Prezident vurğuladı.

Bəyanatda qeyd olunmuşdur ki, bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün genişmiqyaslı sosial infrastruktur, bərpa-quruculuq işləri həyat keçirilir. Həyata keçirilən bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədədirlər.

Cənab Prezident İlham Əliyev onu da bildirmişdir ki, Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığın bariz nümunəsidir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı