23 Dekabr 2024

Bu gün geomaqnit sahədə qasırğa gözlənilir

Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir.

Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 21-də bir qədər sakitləşəcək geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınmışdır. Hazırda geomaqnit sahə sakitdir (1Kp).

Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir.