24 Dekabr 2024

BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi açılacaq – SƏRƏNCAM

Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu barədə Prezident.az məlumat verib. 

Sərəncama görə, Azərbaycan Nazirlər Kabinetinə BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etmək həvalə olunur.