Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib -FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə Birinci vitse-prezident “Instagram” səhifəsində paylaşım edib.
“Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”, – deyə təbrikdə qeyd olunub.