Bir ayda sərhəddə 155 kiloqrama yaxın narkоtik vasitə ələ keçirilib
Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 154 kq 700 qram narkоtik vasitə və 9490 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 790 min 484 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları və spirtli içkilər saxlanılıb.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.