Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyinatı olub.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Əməkdar artist, tarzən Sahib Paşazadə təyin olunub.
Qeyd edək ki, o, Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.