24 Dekabr 2024

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verilib

Beyləqanda bir ailəsinin 4 üzvünü qətlə yetirən şəxs barəsində qərar verilib

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Beyləqan Rayon Məhkəməsi təqdimatı təmin edib.

Qərara əsasən Fuad Cəlilzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə dekabrın 2-i Tatalılar kəndində qeydə alınıb.

Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib.