Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçilib(YENİLƏNİB-2)

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Musavat.com-un xəbərinə görə, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
***
Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
***
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.
İlkin məlumata görə, B.Hacıyevin saxlanması Ülviyyə Alovlu kimi tanınan jurnalistlə münaqişəsinə görədir.