08 Sentyabr 2024

Bəxtiyar Ersay Zakir Həsənovun müşaviri təyin olundu

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Media1.az  xəbər verir ki, o, Müdafiə Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında məhz Zakir Həsənovun müşaviri kimi çıxış edib.

Bəxtiyar Paşa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Media1.az bildirir ki, Bəxtiyar Ersay Türk Ordusunun əfsanə generallarındandır. Onun FETÖ terror hörgütü tərəfindən hədəfə götürülərək, 31 ay həbsdə saxlandığı faktdır. B.Ersay PKK terror təşkilatına qarşı üstün fəaliyyətləri ilə fərqlənir. Bəxtiyar paşanın II Qarabağ savaşında da möhtəşəm xidmətlərinin olması haqqında məlumatlar var.