23 Dekabr 2024

Bərdəyə raket atılanda həmin dəhşətli anı mən də yaşadım: məktəb direktoru Amil Hüseynov

Ötən ilin 27 sentyabrından bir il ötür. O günlər xalqımız bir daha möhtəşəm tarix yazdı. İllərdən bəri torpaqlarımızda hərbi istehkamlar qurmuş düşməni Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz darmadağın edərək məğlub etdi. İndi, biz, dünənə baxanda böyük qürur hissi keçiririk.

Həmin günləri Bərdə rayon B. Əjdəroğlu adına  Yeni Əyricə kənd tam orta məktəbin direktoru Hüseynov Amil Həsən oğlu ilə xatırlayırıq. 

İlk öncə Amil Hüseynov bildirir ki: “27 sentyabr millətimizin namus, şərəf, qeyrət uğrunda savaşmaq günü kimi qeyd olunmalıdır.Anadan olduğum Kəlbəcər rayonu ilə bərabər torpaqlarımızın 20 faizi işğal altında idi. Odur ki, biz,torpaqlarımızın işğaldan azad olunacağı günü, şəhidlərin qisasının alınacağını həmişə gözləyirdik.”

Ruh yüksəkliyi ilə xalqımızın müharibəyə hazır olduğunu deyən Amil Hüseynov deyir ki, 27 sentyabr günü dostumuzun biri Bakıya gedərkən yoldan  zəng eləmişdi.Hərbi karvanın bir ucu Hacıqabulda ,arxasının  Bakıda olduğunu deyirdi. Sözün həqiqi mənasında gördüyü mənzərədən heyrətə gəlmişdi. Xalqımızda  dövlətimizin hərbi qüdrətini gördüyündən torpaqlarımızın azad olunacağına tam əminlik yaranmışdı.

Müharibənin başlanmasının ilk saatlarından danışan həmsöhbətimiz qeyd edir ki, cəbhə xəttinə yaxın Əliyanlı kəndində yaşadığından müharibənin başlanmasına canlı şahidi olub. Artilleriyanın gürultusu, atəş səsləri başlayıb . Hərbi helikopterimizin səmada vurulduğunu görüb.  Az sonra Təhsil Şöbəsindən bildiriblər ki, xəstəxanaya yaralılar gəlir.Qan vermək lazımdır.Rəhbərlik etdiyi təhsil işçilərilə birgə  dərhal qanvermə aksiyasına qoşulmaq üçün xəstəxanaya yollanıbdılar. Ancaq ora çatanda saysız hesabsız bərdəlilərin qanvermək üçün növbələr  gözlədiyini  görübdülər.Belə olan halda onların qanverməyinə ehtiyyac qalmayıb.

Düşmənin Bərdəni raket atəşinə tutmasından danışan həmsöhbətimizin də həmin günlərdə həyatı təhlükə altında olub.”Ermənilər cəbhənin döyüş meydanında ordumuzun həmlələrinə cavab verə bilmir, qorxub qaçır, əsgərimizlə üz-üzə gəlməyə cəsarət edə bilmirdi.Əvəzində alçaq xislətinə uyğun mülki əhalini hədəf seçirdi. Bərdəyə,Gəncəyə, Bərdənin Qarayusifli kəndinə atılan raketlər nəticəsində mülki adamların,körpələrin,uşaqların ölümü insanda məyusluq yaradırdı.Tərtər, Ağdamdan məktəbimizdə 53 ailə, 157 sakin yerləşmişdi.FHN məcburi köçkünləri isti yeməklə təmin edirdi.Biz də yeməyi “ Qızıl tac”, “ Sultansaray”dan gündə üç dəfə hazırladıb, köçkünlərə çatdırırdıq.

Bərdəyə raket atılanda həmin dəhşətli  anı məndə yaşadım. Köçkünlərə yemək  verib, qayıdanda, “ pojarnının kruqu” deyilən yerə yaxınlaşanda kasetli bombalar qarşımda yola töküldü.Demək olar ki, şəhidliyin bir addımlığındaydım.Bəlkə də həmin köçkünlərdən qazandığım savab məni bu bəladan qurtarmış oldu.”-deyə Amil Hüseynov ölümün bir addımlığında olduğunu deyir.

Amil Hüseynov şəhidlərin ruhu qarşısında daim borclu olduğumuzu deyir. Bunun üçündə həmişə əlindən gələni edib. Direktoru olduğu məktəbdə məskunlaşmış köçkün ailənin də oğlu şəhid olub, gələndə, əlindən gələn köməkliyi əsirgəməyib.“Həyatımda unuda bilməyəcəyim bir məqamı da qeyd etmək istəyirəm. Məktəbimizə sığınmış köçkünlərdən birinin oğlu şəhid olmuşdu. Rayon İcra Hakimiyyətinin başçısı cənab Viddi İsayevin icazəsini alaraq 3-7-40 mərasimlərini təşkil etdik.”-deyə Amil Hüseynov bildirir.

Məktəb direktoru bildirdiyinə görə müharibənin dəhşətləri yaşansa da təhsilə olan diqqət azalmayıb. Təhsilin müsbət dinamikasını həmişə qoruyub saxlayıblar. Qeyd etdiyinə görə, pandemiya şəraiti ilə əlaqədar təhsil həmin ərəfələrdə  internet üzərində aparılıb.Müharibə dövründə zərurət yarandığından dövlət tərəfindən internet məhdudlaşdırılıb. Bunun  da mənfi təsirləri  təhsilin həyata keçirilməsindən,dərslərin aparılmasından yan keçməyib.Ancaq, müharibədən qələbə ilə çıxmaq, qalibiyyət əhval-ruhiyyəsinə köklənmək nəticəsində təhsildə itirilən itkilərin yerini qısa müddətdə doldura biliblər Nəticədə də ötən ilkilərdən də çox bu il ali məktəbə qəbul şagird qəbul olub.

Qələbə xəbərlərindən danışan Amil Həsənov  cənab prezidentdən yeni məlumatlarlar aldığını sevinc hissləri ilə qarşıladığını deyir. Hər gün səbrsizliklə televiziya ekranından prezidentin müjdə dolu xəbərini gözləyirmiş. Şuşanın azad olunması xəbəri isə Amil müəllimin həyatında eşitdiyi ən gözəl xəbər olub.

“ Axırıncı gün 157-yə qədər kəndin azad olunması iki dəfə elan olundu.Artıq, əminlik yarandı ki, zəfər yaxınlaşıb.Bu qədər də yaxın olacağını da təxmin edə bilmirdim. Gecəni atamgildə gecələyib,yuxulamışdım. 65 yaşlı atamın sevincindən qışqırığına oyandım.Bildim ki, xalqımızın xeyrinə  müharibənin qələbəmizlə başa çatmasına görə Ermənistan təslimçilik aktını imzalayıb. Və müharibə bitib. Gecəni hamılıqla oyaq olub, zəfərimizi alqışladıq.

Sonda məlum olur ki, Amil Həsənov əslən Kəlbəcərin Başlıbel kəndindəndir.1993-cü ildə ermənilər Kəlbəcəri işğal edərkən törədilən Başlıbel qətliamında  qətlə yetirilənlərdən biri  Pəri nənə  Amil müəllimin ana nənəsidir. Yaxınlarda kütləvi qəbristanlıqda aşkar olunmuş Başlıbel qurbanları eskumasiya olunaraq dəfn olunublar.

 Belə qənaətə gəlirik ki, erməni vəhşiliyi nəsillərimizin uşaqlığını, gəncliyini iaztirablara məruz qoyub. Tarixboyu xalqımıza facilər yaşadıb. Tarixdən nəticə çıxarmaq isə bizim borcumuzdur. Elə olmalıyıq ki, bir daha erməni düşmənimiz üzərimizə ayaq aça bilməsin. Bu da bizim birliyimizdən, güclü olmağımızdan keçir.

Musa Muradlı