21 Noyabr 2024

Bərdənin Uşaq musiqi məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, bütün tədbir iştirakçılarını təbrik edib, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. O qeyd edib ki, Zəfər günü ilə əlaqədar regional idarənin tabeliyində olan müəssisələrdə silsilə tədbirlərin keçirilir.

Vəsilə Möhsümova vurğulayıb ki, Zəfər bayramını Azərbaycandan kənarda, qardaş Türkiyə Respublikasında keçirilən tədbirlərə qatılmaqla qeyd edəcəklər və bütün dünyaya fəxr və qürur hissi ilə bir daha sübut edəcəklər ki, “Qarabağ Azərbaycandır!”.

Tədbir məktəbin hazırladığı bədii kompozisiya və konsert proqramı ilə davam edib.