01 İyul 2025

Bərdənin Mərkəzi Meydanında musiqili bayram tədbiri keçirilib

Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə Bərdə rayonunun Mərkəzi Meydanında musiqili bayram tədbiri keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsələndirilməsi ilə başlanıb.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.