23 Oktyabr 2024

Bərdədən döyüşə gedib şəhid olan qəhrəmanlarımızın xatirəsinə Laçının Güləbird dağında şəkilli lövhə yerləşdirilib.

Şəhidlərimizin xatirəsinə ehtiram olaraq belə bir addımı bərdəli ictimai fəal Ramal Əhmədov atıb.

Media1.az xəbər verir ki,Ramal Əhmədov yaşayış yeri Bərdə rayonu olmuş şəhid həmvətənlərimizin şəkillərindən ibarət olan lövhə hazırladıb. Həmin lövhəni işğaldan azad edilmiş Laçın rayonun Güləbird kəndinin dağ yamacında yerləşdirmişdir.

Onu da qeyd edək ki, Ramal Əhmədovun bildirdiyinə görə lövhənin hazırlanmasında Bərdə şəhər 10 saylı uşaq bağçasının müdirəsi Leyla xanım Məmmədova ona dəstək olub.