22 Dekabr 2024

Bərdədə xəstə itlər epidemioloji təhlükə mənbəyinə çevrilib:dəriləri qabıqdan çıxır

Bu barədə ATVFM.LİVE Bərdə şəhər sakini, ictimai fəal Hikmət Əliyev məlumat verib.

Hikmət Əliyev bildirib ki, belə xəstə itlərdən birinə hər gün İsmət Qayıbov küçəsindən keçərkən rast gəlir. Olduqca ağır vəziyyətdə olan it bir aydan artıq müddətdə İsmət Qayıbov küçəsində eyni yerdə dayanır. İtin dərisi ağır yaralardan soyulur. Demək olar ki, artıq ağzından köpük daşdanır, həyatın son günlərini yaşayır.

Xəstə itin durumundan bəhs edən Bərdə şəhər sakini Hikmət Əliyev xəstə itin təhlükəli virus daşıyıcısı ola bilmə ehtimalından narahatdı. Hansı ki, dünyanı qorxuya salan Koronavirus xəstəliyinin yaranma səbəbində bir xəstə yarasadan Çinlinin yoluxması olub. Sonradan isə xəstə çinlidən bütün dünyaya koronovirus yayılıb.

Hikmət Əliyev səlahiyyətlilərin bu qədər laqeyd olmasını qınayıb. Onun fikrincə xəstə itdən xəbərləri var. Sadəcə özlərini görməməzliyə qoyurlar.

İctimai fəalın düşüncəsinə görə canlıya belə münasibət yolverilməzdir.