Bərdədə “Vətən Müharibəsi Qələbəsi” sənədli filmi nümayiş olunub

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Qələbəsi” sənədli film adlı lahiyyəsinin icrasını uğurla davam etdirir. Layihə rəhbəri Naibə Behbudova layihə çərçivəsində “Vətən Müharibəsi Qələbəsi” sənədli filmi 27.10.2022-ci il tarixində Bərdə Peşə Liseyində təqdimatını uğurla həyata keçirdi. “Vətən Müharibəsi Qələbəsi” sənədli filmində, şəhidlərimizin ictimayət arasında daha da yaxından taınması üçün, Bərdə rayonunda şəhidlərdən Xudayar Yusufzadənin və Turqut Zeynalovun, Ağdam rayonunda Müşviq Abbasovun, Tərtər rayonunda Sənan Məmmədlinin məzarlarını və ev muzeylərini ziyarət edərək, ailə üzvləri və yaxınları ilə görüşərək, onlardan şəhidlərimizin həyat və yaradıcılıqları haqqında geniş məlumatlar verilmişdir.Layihə çərçivəsində hazırlanmış, “Vətən Müharibəsi Qələbəsi” sənədli filmindən ibarət 70 ədəd disk tədbir iştirakçılarına paylandı. Təqdimatda 200-ə yaxın gənclər,şəhid ailələri,qazilər və veteranlar iştirak edərək, layiyə rəhbərinə,çəkiliş qurupuna və bu layiyənin icra olunması üçün,Dəstək olan hər kəsə,ilk növbədə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Hal-hazırda “Vətən Müharibəsi Qələbəsi” sənədli filminin icrası uğurla davam edir.
“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi










