Bərdədə şəhid Rəcəb Qurbanovun adına küçə verilib.
Bərdənin Rüstəm Səfərəliyev küçəsi indi şəhid Rəcəb Qurbanovun adını daşıyır.
Media1.az-a bu barədə məlumatı Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Şəmsiyyə Abbaszadə verib.
Şəmsiyyə Abbaszadə bildirib ki, Bərdə rayon Kələntərli kəndinin sakini olmuş şəhid çavuş Rəcəb Elşən oğlu Qurbanov 44 günlük müharibə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 3-cü dərəcəli “ Rəşadət” ordeni ilə təltif olunub. Bununla yanaşı prezidentin sərəncamı ilə Bərdə şəhər Rüstəm Səfərəliyevin adını daşıyan küçə yenidən şəhid Rəcəb Elşən oğlu Qurbanovun adına verilib.
Media1.az