22 Dekabr 2024

Bərdədə mədəniyyət işçiləri “Yaşıl dünya naminə”ekoaksiya təşkil etdilər

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı “Yaşıl dünya naminə birliyimiz” adlı ağacəkmə aksiyası təşkil edib.

Mədəniyyət işçilərinin iştirakı etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.