Bərdədə İctimai Şuranın iclası olub
Fevralın 2-də Bərdə rayon İcra Hakimiyyətinin Başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Media1.az-ın xəbərinə görə iclasda şuranın fəaliyyəti və gələcək planları müzakirə olunub.
İctimia Şuranın sədri Əsgər Əsayev çıxış edərək bildirib ki, ölkəmiz tarixi əlamətdar prezident seçkiləri ərəfəsindədir. Bunun üçün də şura üzvlərindən yüksək ictimai fəallıq tələb olunur. Odur ki, ictimai şura üzvləri ölkəmiz üçün taleyüklü 7 fevral prezident seçkilərində yaxından iştirak etməli, əsl vətəndaş mövqeyi nümayiş etdirməlidir.
Əsgər Əsayev habelə İctimai Şuranın gələcək fəaliyyət üçün ictimai Şura üzvləri tərəfindən təkliflər verilməsini xahiş edib.
İctimai Şura üzvləri təklif edərək bildiriblər ki, bir sıra xidmət təşkilatlarında vətəndaşlarla işin təşkilində nöqsanlar var. Bunun üçün də həmin təşkilatların kollektivləri ilə görüşlərin keçirilməsinə və müzakirələrin aparılmasına ehtiyyac var. O cümlədən rayondakı ictimai nəqliyyatın xidmətindəki neqativ hallardan danışılıb.
Şəhid ailələrini diqqətdə saxlamaq, qazi və veteranlarla vaxtaşırı görüşlər keçirmək də İctimai şuranın müzakirə obyekti çevrilib. Habelə, rayonun ekoloji məsələlərinin daim diqqətdə saxlanması vurğulanıb.
Sonda qeyd olunub ki, İctiami Şura rayonun həyatında işlək qurum olmalı, bir sıra məsələlirin həlli istiqamətində təşəbbüskar olmalıdır.