Bərdədə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir
Bərdə Rayon İcra Hakimiyyətinin,Bərdə Mədəniyyət Mərkəzinin və şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilmişdir. Öncə incəsənət məktəbinin şagirdlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirilmişdir. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman xanımların xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Bərdə RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov,Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev çıxış edərək Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olduğundan,eyni zamanda demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini xüsusi ilə qeyd etdilər.
Tədbir 1 nömrəli Uşaq İncəsənət məktəbi tərəfindən hazırlanmış musiqili proqramla davam etmişdir.