“Zərnigar” Klinikası şəhid ailələri və qazilər ücün noyabrın 15 -nə kimi pulsuz müayinələr təşkil edəcək

Bərdə “Zərnigar” Klinikasında Zəfər günü qeyd olunub.
Bu gün, yəni noyabrın 4- də Bərdə şəhərində fəaliyyət göstərən “Zərnigar” klinikasında Günel Əliqızının təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbirdə şəhid ailələri,qazilər,təhsil və səhiyyə işciləri iştirak ediblər.
Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkilatçı Günel Əliqızı bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ali baş komandan İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin bəhrəsidir.Eyni zamanda Şanlı qələbənin əldə olunmasında vətəndaş həmrəyliyinin böyük rolu olub.
Daha sonra qazi Vüsal Muradov,10 saylı bağçanın müdiri Leyla Məmmədova,7 saylı məktəbin direktoru Mehparə xanım,şəhid Elməddin Hüseynzadənin,şəhid Turqut Zeynalovun,şəhid Şahmuraz Hümbətovun,şəhid Asif Abışovun,şəhid Aqil Quliyevin anaları çıxış edərək gələcək nəsillər ücün qələbənin önəmindən danışıblar, eyni zamanda şəhidləri unutmamağı tövsiyyə ediblər.
Qarabağ müharibəsi veteranları, qazilər və şəhid ailələrini müdafiə cəmiyyəti ictimai Birliyinin Bərdə rayon filialının müdiri Etibar xanım Hüseynova keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurgulayib ,şəhid ailələrinə səbr arzulayib.
Onu da qeyd edək ki, “Zərnigar” Klinikası şəhid ailələri və qazilər ücün noyabrın 15 -nə kimi pulsuz müayinələr təşkil edəcək.
Tədbirin sonunda şəhidlərin adına ehsan olaraq cay süfrəsi acılıb.