Bərdə şəhər 3 saylı tam orta məktəbdə cümhuriyyət günü qeyd edilib.

May 27-də Bərdə şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün qeyd edilib.
Media1.az-ın xəbərinə görə tədbirdə YAP Bərdə rayon təşkilatının nəzdində yaradılmış ideolji təbliğat kampaniyasının fəalları,Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri, “Qürur” Şəhid Ailələrinə yardım İctimai Birliyinin həmsədri, şəhid ailələri, qazilər, habelə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbir binanın qarşısında hərbi geyimli azyaşlı məktəblilərin vətənpərvər şerlər ifa etməsi ilə başlayıb.
Sonra tədbir iştirakçıları məktəbin kitabxanasında təşkil olunmuş ictimai müzakirəyə qoşulublar.
Müzakirə başlanmazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bərdə şəhər 3 saylı Tam Orta Məktəbin direktoru Səfurə Hümbətova tədbir iştirakçılarını salamlayaraq 28 may müstəqillik günü münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, Azərbaycan dövlətinin qədim tarixi var. Dövlətçiliyin yaradılmasında Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və digər Milli Şura üzvlərinin əvəzsiz rolu olub. 23 aylıq qısa vaxtda AXC dövlətçiliyin əsaslarını müəyyənləşdirən çoxlu sayda işlər görüb. Cümhuriyyət dövründə universitet yaradılıb. Ordu təşkil olunub, və s. Məmməd Əmin Rəsulzadənin yaratdığı “Bir kərə yüksələn bayraq bir daha enməz.” ideoloji əsas ondan sonra da dövlətçiliyimizin davam etdirilməsində mühüm rol oynayıb. Əsrin əvvəlində qaldırılan bayraq uzun fasilədən sonra ümummilli lider Heydər Əliyevin siyasəti sayəsində yenidən ucaldıldı. Bu gün də həmin bayraq möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda qaldırılmaqla Azərbaycan dövlətçiliyinin qüdrətini artırmış oldu.
İşğal altında olan torpaqlarımızın 30 illik fasilədən sonra prezident İlham Əliyevin rəhbərliyi ilə azad olinmasını qeyd edən Səfurə Hümbətova vətənin mərd oğul , qızlarına, canından keçən şəhidlərimizə, sağlamlığını qurban verən qazilərimizə borclu olduğumuzu bildirdi. Bunun üçün şəhid ailələrinə , qazilərə minnətdarlığını ifadə edib.
Tədbirdə söz alan digər natiqlər də Azərbaycanın dövlətçilik tarixindən danışıblar , Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu haqqında dəyərli məlumatlar veriblər.
Bərdə UGİM-in direktoru Aynurə xanım Əyyubova da Müstəqillik tarixinin başlanğıcı kimi 28 mayın əhəmiyyətli bir gün olduğunu bildirib. Dövlətçilik üçün Heydər Əliyev irsinə daim sadiq qalacağını deyib.
Şəhid anaları çıxış edərək dövlətçiliyin onlar üçün əziz olduğunu bildiriblər. Qeyd ediblər ki, bunun da əsas səbəbi dövlətçiliyimiz uğrunda övladlarının canlarından keçməsidir ki, bu şərəfli işi davam etdirmək məsuliyyəti indi də onların üzərindədir.
” Qürur” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin həmsədri Bəxtiyar Hüsiyev müstəqilliyin dəyərli olduğunu bildirib.Qeyd edib ki, bunun üçün qəhrəman oğullarımız canlarından keçərək şəhid olublar. Müstəqilliyimizin qorunması, yaşadılması üçün şəhid analarının,atalarının qarşısında ehtiram göstərmək , onlara minnətdar olmaq hər bir kəsin borcudur.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Bərdə filialının sədri Etibar xanım Hüseynova da çıxış edərək müstəqilliyimizin əhəmiyyətindən danışıb , şəhidlərimizin qanı hesabına qurulan dövlətimizin qorunub , saxlanılması üçün həmişə prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməyin vacibliyini vurğulayıb.
Bərdə şəhər 4 saylı tam orta məktəbin direktoru Tofiqə xanım Məmmədova dövlətimiz olduğu üçün xalqımızı xoşbəxt sayıb. Hansı ki, dünyada xalqların sayı çox olsa da onlardan yalnız 200 -nün dövlət qura bildiyini deyib.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya öncə müstəqilliyimizin müdafiəsində bir başa iştirak etmiş şəhid ailələrinə, qazilərə minnətdarlığını bildirib.
Əlavə olaraq qeyd edib ki, dövlətçiliyimizin tarixi qədim olsa da müstəqilliyimizin yaşı son yüz illə ölçülür.Dövlətçiliyimizin bünövrəsini M. Ə. Rəsulzadə qoyub, Heydər Əliyev bu müstəqilliyi qoruyub. İlham Əliyev isə bu yolu davam etdirir. İndi Azərbaycan dünyanın ən qüdrətli dövlətlərinin ölkələrində yarada bilmədiyi qələbəni 44 günlük müharibə ilə əldə etməyi bacarıb. Hansı ki, İsrail kimi dünyanın ən güclü dövləti 46-cı ildən bəri Fələstinlə aralarında olan münaqişəni axıra çatdıra bilmir.



