22 Dekabr 2024

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

TƏBİB-in və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası təşkil olunub.

Qanvermə aksiyasında 50-dək vətəndaşdan qan götürülüb.

Qeyd edək ki, tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.