Bərdə rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirilib.
Media1.az-ın xəbərinə görə,əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərində ucaldılmış abidəsi və Bərdə Şəhidlər Xiyabanı, erməni terroru zamanı Bərdə şəhərində şəhid olanların xatirəsinə həsr olunmuş xatirə lövhəsi ziyarət olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin davamında çıxışlar edilib və Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirin sonunda Bərdə rayonunun ictimai-siyasi, mədəni həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.