08 Sentyabr 2024

Bərdə Qeydiyyat şöbəsində Heydər Əliyevin anım günü keçirilib

 Dekabrın 12-də Bərdə Qeydiyyat şöbəsində ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə , Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Media1.az-ın xəbərinə görə , çıxış edən Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu Nəriman İsmayılov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş və əhatəli məlumat verib. Bildirib ki, ümummilli liderin misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası qazanılan müstəqilliyi qoruyub saxlaya bilib. Uzaqgörən siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib.
N.İsmayılov habelə qeyd edib ki, ümummilli liderin apardığı hüquqi islahatların nəticəsi olaraq bu gün vətəndaş hüquq və azadlıqları təmin edilib. Hüquqi cəmiyyətin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Daha sonra şöbə rəisi Nəriman İsmayılov ümummlli liderin layiqli varisi olaraq İlham Əliyevin dövlətçiliyimizin inkişafı yolunda misilsiz xidmətlərindən danışıb. 44 günlük vətən müharibəsinin qələbəmizlə yekunlaşmasını, torpaqlarımızın işğaldan azad edilməsini aparılan uğurlu siyasətin məntiqi davamı kimi dəyərləndirib.

Bərdə Qeydiyyat şöbəsinin əməkdaşları  Aidə Süleymanova, Nərmin Əbilova da çıxış edərək ümummilli lider Heydər Əliyev və onun davamçısı İlham Əliyevin Azərbaycanın müstəqilliyi üçün gördüyü işlər barədə danışıblar. Bildiriblər ki, xalq Heydər Əliyevin xatirəsini daim yaşadacaq. Bundan sonrakı nəsillər də dahi şəxsiyyəti unutmayacaq. Daim ehtiramla yad edəcəklər.

Media1.az