BƏRDƏ POLİSİ ŞƏHİD və QAZİ AİLƏLƏRİNƏ QURBAN SOVQATI PAYLADI -VİDEO+ FOTO

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ümumi çəkisi 1 ton olmaqla qurbanlıq iribuynuzlu heyvanlar kəsilib. Bərdə rayon prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərin və aztəminatlı ailələrin ünvanlarına qurban əti çatdırılıb.
Polis əməkdaşları ümumilikdə 250-dən artıq ailəyə qurban əti paylayıb, onları təbrik edib, problemləri ilə maraqlanıblar.
Görüşlər zamanı Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.















