20 İyul 2024

Bərdənin mədəniyyət işçiləri 15 iyun Qurtuluş gününə həsr olunmuş tədbir keçiriblər

İyunun 13-də Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeli müəsissələrində, o cümlədən Bərdə rayon Mədəniyyət Mərkəzi və Şəhid F. Quliyev adına Bərdə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatırəsi ehtiramla yad edilib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəst Məmmədova və 2 nömrəli Bərdə şəhər Uşaq Musiqi Məktəbinin direktoru Xırda Ağayeva çıxış edərək bildiriblər ki, 15 iyun günü Azərbaycan tarixinin əziz günlərindən biridir. Bu tarixdə Ümummilli lider Heydər Əliyevin Naxçıvandan Azərbaycana qayıdışı ölkəmizi üzləşdiyi təhlükələrdən xilas etmiş oldu.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasət və uzaqgörən strategiya sayəsində Azərbaycan müstəqilliyi qoruyub saxlaya bilmiş, həyata keçirilən ardıcıl tədbirlər sayəsində qüdrətli dövlətə çevrilmişdir. Bu gün xüsusilə sevindiricidir ki, 15 iyun Milli Qurtuluş Günü torpaqlarımızın azad edildiyi, ölkəmizin ərazi bütövlüyüyün tam şəkildə təmin edildiyi şəraitdə keçirilir.

Tədbirdə 2 saylı Bərdə şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında bir-birindən gözəl musiqilər səsləndirilib. İştirakçılara xoş və mənalı anlar bəxş ediblər.

Musa Muradlı- Media1.az