15 Oktyabr 2024

Bərdə Mədəniyyət Mərkəzinin səhnəsində Qan Turalın əsəri tamaşaya qoyulub

Tamaşa yazıçı Qan Turalın “Şaxta babanın qətli” hekayəsinin motivləri əsasında hazırlanıb.

Media1.az-ın xəbərinə görə , “Şaxta babnın qətli” tamaşası ailə dramı üzərində qurulub. Ailə quran gənclər bir müddət xoşbəxt yaşasalarda, sonradan bəzi şəxslərin atmacaları ailə başçısını qısqanclığa sövq edib. Nəticədə qan tökülüb. Uşaqları ilə yeni il günündə ailənin xanımı xoş xatirə yaşatmaq üşün şəkil çəkdirdikləri günahsız şaxta baba qətlə yetirilib. Bundan sonra isə ailə başçısı Elman öz həyat yoldaşı Nailəni qətlə yetirib. Sonda iki nəfər qətlə yetirən Əhməd polisə təslim olub.

Tamaşanın quruluşçu rejissoru Ruhanə Əliyevanın da belə bir mövzuya müraciət etməkdə məqsədi bəzən insanların başqa ailələr haqqında fikir yürüdərkən ehtiyyatlı olmağa sövq etmək olub. Tamaşada məqsəd yanlış bir sözün necə böyük faciəyə səbəb olacağına diqqəti çəkməkdir.

Sonda tamaşaçılar kiçik və yeniyetmə oyunçuları alqışlayıblar.