24 İyun 2024

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “15 İyun Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

İyunun15-də yəni bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “15 İyun Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib.

Media1.az-ın xəbərinə görə tədbirdə Əmək Qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan xanım Musayeva, millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad müəllim Ağayev, Azərbaycan Respublikasının əməkdar müəllimi Elsevər Əsədov adına Bərdə rayon Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz xanım Həsənova, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Əhliman Hümbətov, Bərdə rayon Güloglular kənd ümumi orta məktəbin direktoru Tinati xanım Rzayeva, Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki liseyin direktoru Teymur müəllim Mustafayev, Qarabağ Elmi Tədqiqat Bazasının direktoru Məhəmməd Şirinov, Bərdə rayon Saatlı kənd tam orta məktəbin direktoru Mehriban xanım Bağırova, Bərdə rayon Mirzalıbəyli kənd tam orta məktəbin direktoru Aysel xanım Hüseynova, Bərdə rayon Mirzəxan kənd tam orta məktəbin direktoru Ruhiyyə xanım Ağayeva, Bərdə rayon Gərənə kənd tam orta məktəbin direktoru Səbinə xanım Məmmədova, Bərdə rayon 5 nömrəli tam orta məktəbin direktoru Sevinc xanım Məmmədova, Bərdə rayon 1 nömrəli tam orta məktəbin direktoru Səbinə xanım Yusibova, Bərdə rayon 7 nömrəli tam orta məktəbin direktoru Mehparə xanım Mustafayeva iştirak edirdilər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib,Ardınca Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram sükutu ilə yad edilib.Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi olub. Kollecin direktoru Aqrar elmlər üzrə fəlsəfə direktoru Xosrov Musayev “15 İyun Qurtuluş Günü” nün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb. Tərlan xanım Musayeva, Məhəmməd Şirinov ömrünü Vətəninə, xalqına həsr etmiş böyük şəxsiyyətlə bağlı xatirələrini auditoriya ilə bölüşüblər.

Musa Muradlı-Media1.az