Bayraq bizim üçün and yeridir, qürur yeridir

Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
Bayraq bizim üçün and yeridir, qürur yeridir. Bayraq qarşısında xalqımızın hər bir nümayəndəsi diz çökür. Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin qarşısında diz çöküb öpdüyüdür, bayrağımız.
Bizim bayrağımız xalqımızdan, tariximizdən, vətənimizdən, bu günümüzdən xəbər verir. Bayrağımızın rəngləri, üstündəki ayparası, səkkizguşəli ulduzu, hərəsi ayrılıqda bir tarixdir. Bayrağımızın göy rəngi türk olduğumuzun, qırmızı rəngi müasir olduğumuzun, yaşıl rəngi isə İslam dininə sitayiş etdiyimizin ən gözəl təsdiqidir.
Bayrağımız səngərdə əsgər ürəyinin üstündə gəzir. Səngərdə durub vətənin keşiyində dayanan əsgər bu yola başlamazdan əvvəl bayrağa and içir.
Nərgiz Şıxməmmədova
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı