Bayden Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.
Media1.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer yazılı açıqlamasında bildirib.
İki dövlət liderinin Ukraynanın ehtiyaclarını və “kritik anda ABŞ-ın davamlı dəstəyinə həyati ehtiyacı” müzakirə edəcəyi bildirilir.