08 Sentyabr 2024

Bayden: “Ukraynaya F-16 qırıcıların verilməsinə ehtiyac yoxdur”

Hazırda Ukraynaya F-16 qırıcıların verilməsinə ehtiyac yoxdur.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib. “Hələlik bunu istisna edirəm” deyə Bayden bildirib.

Daha əvvəl Co Bayden ABŞ-ın Çinin Rusiyaya silah tədarükünə dair heç bir dəlil tapmadığını söyləyib.