23 Dekabr 2024

“Barselona” fransalı hücumçunu sanksiya ilə hədələyib

İspaniya “Barselona”sı futbolçusu Usman Dembele ilə yeni müqavilə barədə danışıqları davam etdirir.

Report-un xəbərinə görə, klub rəhbərliyi fransalı hücumçu ilə razılıq əldə olunacağına inanır. Kataloniya təmsilçisi sözləşmənin müddətini 2025-ci ilin yayınadək uzatmaq niyyətindədir.

Tərəflər ortaq məxrəcə gələ bilməsələr, “Barselona” 24 yaşlı forvarda sanksiya tətbiq edə bilər. Klub Dembelenin əsas komandanın məşqindən və oyunlarından uzaqlaşdırılma ehtimalını istisna etmir.

Daha əvvəl La Liqa klubunun Fransa millisinin üzvünə müqavilənin uzadılmasına razılıq verməsi üçün təzyiq göstərdiyi iddia olunurdu.

Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə hazırkı sözləşməsinin müddəti 2022-ci il iyunun 30-da başa çatacaq. Hücumçu cari mövsümdə zədə səbəbindən meydana çıxmayıb.

Media1.az