Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb
Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Musavat.com-a bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.