Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Bakı şəhəri 224 nömrəli tam orta məktəbin direktoru COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantinə cəlb edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.
“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur” – deyə məlumatda qeyd olunub.